18 iyul 2013 15:26
Tromsenin qapıçısı: İlk oyun cavab matçından daha çətin olacaq
Norveçin “Tromse” klubunun qapıçısı Markus Salman Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz “İnter”in Finlandiya “Mariehamn”ı ilə necə oynadığını görmüşük. Bu, kifayət qədər güclü komandadı. Özü də avrokuboklarda ilk dəfə deyil iştirak edir. Yaxşı legionerləri var. Baş məşqçimiz bizə dedi ki, diqqətli oynamağımız lazımdı və səhvə yol verməməliyik. İstisna deyil ki, ilk oyun cavab matçından daha çətin keçsin. Amma biz istənilən halda “İnter” səddini keçmək istəyirik. Fikrimcə, bunun üçün çox yaxşı şansımız var”.
