18 iyul 2013 15:51

Platye: Növbəti mərhələyə keçən tərəf Neftçi olacaq

“Neftçi”nin hollandiyalı hücumçusu Melvin Platye Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Skenderbeu” (Albaniya) ilə ilk oyunu barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Düşünürəm ki, çox yaxşı oynadıq, əla qol şanslarımız oldu. Rəqib bütün komanda ilə müdafiəyə çəkildiyindən, qol vurmaq çətin idi. Bununla belə, fərqlənmək üçün kifayət qədər imkanlarımız var idi. Bu, mənim “Neftçi”nin heyətində ilk rəsmi oyunum idi. Buna baxmayaraq, qol şansları qazandım . Lakin təəssüf ki, bunlardan istifadə edə bilmədim. İlk qarşılaşma olduğundan, təbii ki, əvvəlcə həyəcan var idi. Lakin meydana çıxandan sonra azarkeşlərin möhtəşəm dəstəyi sayəsində həyəcanı boğa bildim. Fanatlar məni təəccübləndirdi. Açığı, onlardan belə güclü dəstək gözləmirdim. Özümü evdəki kimi hiss edirdim. Ruhdan düşmək lazım deyil. Əminəm ki, səfərdə istədiyimiz nəticəni qazanacağıq. Növbəti mərhələyə keçən tərəf “Neftçi” olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.