18 iyul 2013 16:05
Dantas: Tromseyə səfərdə qalib gəlmək istəyirik
“İnter”in yeni transferi, braziliyalı futbolçu Joao Paolo Dantas Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”si ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Mən “İnter”in “Tromse” səddini keçəcəyinə inanıram. Amma oyunun çox çətin keçəcəyinə də əminəm. Lazım olan hazırlıqlar görülüb. Norveçdə qələbə qazanmaq istəyirik. Ola bilər ki, bu açıqlamalar kimlərisə təəccübləndirsin. Biz rəqibin oyunlarına baxmışıq. Hesab edirik ki, bu komandaya qalib gələ bilərik”.

Dantas rəqibin oyunundan danışarkən bunları qeyd edib: “Onlar Britaniya üslubunda oynayırlar. Amma bu, bizim üçün problem ola bilməz. Biz də öz növbəmizdə rəqibə oyunumuzu diqtə etdirməyə çalışmalıyıq. Onda hər şey bizim xeyrimizə nəticələnər”.
Braziliyalı futbolçu bəyan edib ki, o, başqa təkliflər almasına baxmayaraq, məhz “İnter”i seçib: “Qarabağ”da oynayan Riçard Almeyda ilə əlaqə saxladım. O, mənə hər şeyi danışdı. Klubda da məni yaxşı qəbul etdilər. Sənədlərim hamısı qaydasındadı. Oynamağım isə baş məşqçinin qərarından asılıdı”.