18 iyul 2013 16:24
Hafiz Məmmədov Fransa klubunun səhmlərinin 60 faizini aldı
Azərbaycanlı iş adamı, “BAGHLAN GROUP”un təsisçisi və sədri, “Bakı”nın prezidenti Hafiz Məmmədovun Fransanın “Lans” klubunun səhmlərini alması ilə bağlı bütün sənədləşmə işləri yekunlaşıb. Azerisport.az xəbər verir ki, artıq bununla bağlı tərəflər arasında rəsmi müqavilə də imzalanıb.
Bu haqda “Lans”ın sahiblərindən olan Jerve Martel bu gün keçirdiyi mətbuat konfransında məlumat verib: “Çox şadam ki, uşaqlıqdan sevdiyim kluba qayıtdım”.
Onun sözlərinə görə, anlaşmaya əsasən, “Lans”ın səhmlərinin 60 faizi Hafiz Məmmədova, 40 faizi isə Jerve Martelə məxsus olacaq.
