18 iyul 2013 16:33
"Qarabağ Metallurgla oyunda öz bacarığını tam göstərmədi"
Polşanın “Piast” klubunun məşqçisi Dariuş Dudek Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“İnanıram ki, “Qarabağ”ın öz oyununu dəyişmək imkanı var. Ən azından ona əminəm ki, bu komanda Makedoniya “Metallurg”u ilə oyunlarda öz bacarığını tam nümayiş etdirmədi”.
