18 iyul 2013 16:45
“Korçedə Bakıdakı kimi oynaya bilsək, Neftçini keçəcəyik”
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Sabien Lilay Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu, çox yorucu oyun idi. Buna baxmayaraq, bütün futbolçularımız sona kimi mübarizə apardılar. Biz layiq olduğumuz nəticəni qazandıq. Əlbəttə, bu heç-heçə bizə arxayınlaşmağa əsas vermir. Çünki bizi Korçedə də çətin oyun gözləyir. Əgər evdə də Bakıdakı kimi oynaya bilsək, mərhələ keçəcəyik. Ən çətin iş hələ qarşıdadı. Şanslar? Əllinin əlliyədi”.
