18 iyul 2013 16:58
Xəzər Lənkəranın İsraildəki son məşqi (FOTOLAR)
Bu gün İsraildə “Maccabi” (Hayfa) klubunun qonağı olacaq “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşması öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, matçın keçiriləcəyi “Kiryat Eliezer” stadionunda baş tutan məşq saat yarım sürüb və futbolçular taktiki çalışmaları yerinə yetiriblər.
Hazırda heyətdə zədəli futbolçu yoxdu və “Xəzər Lənkəran” cəzalı durumda olan Elnur Abdullayev istisna olmaqla bütün futbolçularının xidmətindən yararlana biləcək.
