18 iyul 2013 17:15
“Əminəm ki, bizim Bakıda belə nəticə qazanacağımızı heç kim gözləmirdi”
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Jetmir Sefa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən Bakıdakı nəticədən çox razı qaldım. Biz əla oyun sərgilədik. Əminəm ki, heç kim bizim belə bit nəticəyə nail olacağımızı düşünmürdü. Birinci hissədə biz daha yaxşı təsir bağışaladıq, rəqibi əsəbləşdirməyə nail olduq. Nəticədə sərfəli nəticə qazandıq. Amma hələ heç nə bitməyib və qarşıda cavab oyunu var”.
