18 iyul 2013 17:37
Skenderbeunun prezidenti: Şanslar 51-in 49-a bizim xeyrimizədi
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakıdakı oyun “Skenderbeu”nun son illərdəki ən yaxşı matçlarından biri idi. Mən komandadan müsbət nəticə gözləyirdim. Buna görə də səfər matçına yollanmışdım. Artıq cavab matçı haqda düşünürük. Şübhə etmirəm ki, bu oyunda da müsbət nəticə qazanacağıq. Şanslara gəlincə, indi 51-in 49-a bizim xeyrimizədi”.
