18 iyul 2013 17:49
“Bəxtimiz gətirsəydi, Bakıda qələbə də qazana bilərdik”
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Nurudin Orelesi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz intizamlı oynadıq. Növbəti mərhələyə vəsiqə qazanmaq yolunda çox önəmli addım atdıq. Əgər bəxtimiz gətirsəydi, qələbə də qazana bilərdik. Əminəm ki, Albaniyadakı oyun bundan da çətin olacaq”.
