19 iyul 2013 18:37
“Neftçi ilə evdə Bakıdakından da yaxşı oynamalıyıq”
Albaniyanın “Skenderbeu” klubunun müdafiəçisi Renato Arapi Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçla bağlı bunları söyləyib:
“Neftçi” kimi güclü komanda ilə səfərdə heç-heçə etməyimiz çox sevindiricidi. Biz Bakıdakı oyunda müsbət nəticə qazanmaq istəyirdik. Fikrimcə, buna nail ola bildik. Bir qədər də şansımız gətirsəydi, nəticə başqa cür də ola bilərdi. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Ona görə də erkən nəticə çıxarmaq lazım deyil. Biz evdə Bakıdakından daha yaxşı oynamalıyıq. Azarkeşlərimizi sevindirmək, növbəti mərhələyə çıxmaq üçün buna borcluyuq. Fikrimcə, şanslar 50-nin 50-yədi”.