19 iyul 2013 18:48
Neftçinin ÇL-dəki potensial rəqibləri belə oynayır (VİDEO)
Məlum olduğu kimi, Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubunu keçsə, növbəti mərhələdə Belarusun BATE və ya Qazaxıstanın “Şaxtyor” komandasına rəqib olacaq. Azerisport.az sizi bu komandalar arasında ikinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyundan hazırlanmış videoreportajla tanış edir.
Qeyd edək ki, son illər avrokuboklarda böyük sürprizlərə imza atan BATE bu oyunda gözlənilmədən sensasion məğlubiyyətlə üzləşib. Bu komandalar arasındakı cavab matçı məhz “Neftçi”nin “Skenderbeu” ilə görüşü kimi iyulun 23-də keçiriləcək.
