19 iyul 2013 19:01
Qəbələnin düşərgəsində iki yeni futbolçu (FOTO)
Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin düşərgəsinə 2 yeni futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, bunlar "Qəbələ" Futbol Akademiyasının yetirmələri olan və ötən mövsüm əvəzedici heyətdə yer almış yarımmüdafiəçi Elvin Camalov və qapıçı Fərid Ağayevdi.
Xatırladaq ki Elvin Camalov 1995-ci il fevralın 4-ü , Fərid Ağayev isə 1994-cü il iyunun 8-də anadan olub.
