19 iyul 2013 19:25
Millimizin üzvü yeni mövsümə hazırlaşır (FOTO)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Əskişəhər klubu bu gün növbəti məşqinə çıxıb. Baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında məşq edən futbolçular həm topsuz, həm də toplu hazırlıq keçiblər.
