19 iyul 2013 19:46

AFFA jurnalistləri təbrik etdi (VİDEO)

Bu gün AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Azerisport.az xəbər verir ki, baş katib Elxan Məmmədov Kütləvi İnformasiya Vasitələri nümayəndələrini AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
 
E.Məmmədov çıxışında AFFA-nın son dövrlərdə futbolun inkişafı məqsədilə həyata keçirdiyi tədbirlər barədə danışıb, assosiasiya ilə İspaniyanın "Barselona" və Portuqaliyanın "Sportinq" klublarının futbol məktəbləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Baş katib həmçinin AFFA ilə Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin ölkəmizdə uşaqlar üçün təşkil olunmuş seçim turlarını xatırladıb, bu tədbirlərin uşaq futbolunun inkişafına müsbət mənada təsir göstərəcəyinə əminliyini ifadə edib.
 
Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
 
Tədbir iştirakçıları xatirə şəkli çəkdirib. Sonda mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olunub.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.