19 iyul 2013 11:08
Simurqda daha bir imza (FOTO)
Xəbər verdiyimiz kimi, "Simurq" daha bir futbolçusunu geri qaytarıb. Azerisport.az xəbər verir ki, Dilaver Zrnanoviç yeni mövsümdə də bu komandanın formasını geyinəcək.
Bosniyalı müdafiəçi ilə təlim-məşq toplanışından sonra rəsmi müqavilə imzalanacaq. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Dilaver Zrnanoviç ötən mövsüm "Simurq"un heyətində 28 oyunda, 2375 dəqiqə meydanda olmuşdu.
