19 iyul 2013 16:29
APOEL Simurqa "atdı"
Avstriyada təlim-məşq toplanışında olan “Simurq” bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxmağı planlaşdırmışdı. Azerisport.az xəbər verir ki, Georgi Çixradze yetirmələrini Kiprin APOEL klubu ilə görüşdə sınayacaqdı.
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu görüş baş tutmayacaq. Buna səbəb Kipr klubunun Zaqatala təmsilçisinə söz verdiyi halda, başqa komandayla oynamağa qərar verməsidi. Belə ki, APOEL bu gün “Simurq”la yox, Almaniyanın “Hoffenheim” klubu ilə qarşılaşmağa üstünlük verib.
Qeyd edək ki, “Simurq” bundan öncə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşmış və 1:2 hesabı ilə məğlub olmuşdu.
