20 iyul 2013 00:17

Neftçi kamerunlu hücumçu ilə müqavilə imzaladı

Azərbaycan çempionu "Neftçi" daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Belçikanın "Kortrijk" klubundan Ernest Nforu rəsmən heyətinə qatıb.
 
Kamerunlu hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. Nfor bu gündən etibarən "Neftçi"nin düşərgəsinə qoşulacaq.
 
Qeyd edək ki, 27 yaşlı hücumçu karyerasına Kamerunun “Sable” klubunda başlayıb. 2005-ci ildə Belçikaya gələn Ernest 2005/06 mövsümündə “Gent”də çıxış edib (2 oyun). Afrikalı oyunçu 2006/07 mövsümündə “Deinze”yə (5 oyun, 1 qol), 2007/08-də “Kortrijk”ə (35 oyun, 14 qol) icarəyə verilib. 2008-ci ildə “Gent”də 7 oyun keçirib 1 qol vuran Nfor 2009-2011-ci illərdə “Zulte Varegem”də çıxış edib (75 oyun, 11 qol). Onun son iş yeri “Kortrijk” olub. Ernest 2011-ci ildən çıxış etdiyi klubda 66 oyun keçirərək 13 qola imza atıb.
 
Maraq üçün bildirək ki, Nfor “Neftçi”nin Avstriyadakı toplanışında olmuş, bir neçə məşqə çıxmışdı. Amma Nforun “Kortrijk”lə daha bir il müqaviləsi olduğundan, “ağ-qaralar” onu yalnız azad agent statusu alacağı halda transfer edəcəyini açıqlamışdı. Bu üzdən kamerunlu oyunçu klubu ilə problemini yoluna qoymaq üçün Belçikaya dönmək məcburiyyətində qalmışdı. O, keçmiş klubundan hətta sözügedən ölkədə böyük səs-küyə səbəb olan qalmaqal sayəsində transfer vərəqəsini almağı bacardı. Belə ki, o, klubun baş direktoru Patrik Turkla bu məsələni müzakirə edərkən, qalmaqal yaranmışdı. İstəyinin qarşı tərəfdən müsbət qarşılanmadığını görən Nfor guya Turka qarşı zor tətbiq etmiş, onu və komandanın baş məşqçisini ölümlə hədələmişdi. Amma göründüyü kimi, sonda hər şey məhz Nforla “Neftçi”nin istədiyi kimi başa çatdı.
 
Nfor Belçikadakı problemini həll etdikdən sonra yenidən “Neftçi”nin düşərgəsinə qayıtmış, hətta Almaniyanın “Dinamo” (Drezden) klubu ilə yoxlama oyununda qol da vurmuşdu. Son həmin qolu da təqdim edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.