19 iyul 2013 11:45
Vaqif Sadıqovun imtina etdiyi forvard Litva klubunda
AZAL-ın yolları ayırdığı Andrius Veliçka özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, litvalı futbolçu vətənində “Jalgirs” klubu ilə müqavilə bağlayıb.
Artıq Veliçka yeni klubunda debüt edib. Litva çempionatının “Şaulyay” və “Atlantas”la oyunlarında meydana çıxan futbolçu birinci qarşılaşmada qola imza atıb. Avroliqada isə o, “Sent Parktiks”lə ev oyununun 60-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, 2012/13 mövsümündə AZAL-da çıxış edən Litva yığmasının hücumçusu 16 oyunda meydanda olub.
