19 iyul 2013 11:54
İnterdən ayrılan futbolçu yeni klub tapdı
“İnter”in yollarını ayırdığı Petar Zlatinovun yeni iş yeri müəyyələşib. Azerisport.az xəbər verir ki, bolqar futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Zlatinov “Litex”lə anlaşıb. 32 yaşlı futbolçu artıq yeni klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Zlatinov 2005-2007-ci ildə “Litex”də çıxış edib (56 oyun, 9 qol) və “İnter”ə 2008-ci ildə məhz bu klubdan gəlib. “Bankirlər”in heyətində 97 oyuna çıxan bolqar futbolçu 10 qola imza atıb.
