19 iyul 2013 12:03
“Klublarımızın nəticələri onların çoxlu problemlərinin olduğunu göstərir”
Azərbaycan futbolunun veteranlarınan olan İsgəndər Cavadov avrokuboklardakı təmsilçilərimizin çıxışını şərh edib. Azerisport.az saytna müsahibəsində o, bunları söyləyib:
“Neftçi”dən hamı qələbə gözləyirdi. Amma “Skenderbeu” əsl xarakter nümayiş etdirdi. Cavab matçı öncəsi sakit olmaq lazım deyil. Albanlar ev oyununda tamamilə fərqli oyun sərgiləyə bilərlər.
“Neftçi”dən hamı qələbə gözləyirdi. Amma “Skenderbeu” əsl xarakter nümayiş etdirdi. Cavab matçı öncəsi sakit olmaq lazım deyil. Albanlar ev oyununda tamamilə fərqli oyun sərgiləyə bilərlər.
“Xəzər Lənkəran” “Maccabi” (Hayfa) qarşısında tamamilə gücsüz idi. Onların İsrail komandasına qarşı evdə necə mübarizə aparacağını bilmirəm.
Çox təəssüf ki, “Qarabağ” evdə “Piast”dan qol buraxdı. Onların rəqibi güclü komandadı. Polşa təmsilçisi evdə də qol vura bilər.
“İnter” də məni sevindirmədi. “Tromse”ni keçmək olardı. Amma komandamız bu rəqibinə qol vura bilmədi. “Bankirlər”in hücum xəttində aşkar problem var. Vuran ayaq yoxdu!
Ümumiyyətlə belə hesab edirəm ki, klublarımızın bu nəticələri onların çoxlu problemlərinin olduğunu göstərir”.
