19 iyul 2013 12:21
Əmrah Çəlikəl: Qarabağ Olimpiakosdan cavab gözləyir
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Yunanıstanın “Olimpiakos” klubunun braziliyalı yarımmüdafiəçisi Çumbinyonu transfer edəcəkləri barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çumbinyo bizim transfer etmək istədiyimiz, maraqlandığımız futbolçulardan biridi. Bununla bağlı “Olimpiakos”a təklif göndərmişik. Amma hələ qarşı tərəfdən müsbət cavab almamışıq. Çumbinyo müqavilə ilə hələ də bu kluba məxsusdu. Ona görə də ilk növbədə “Olimpiakos”la razılığa gəlmək lazımdı”.