20 iyul 2013 01:09
“Mən hələ də hesab edirəm ki, İnter Tromsedən güclüdü”
“İnter”in hücumçusu Aleksandr İaşvilinin azerisport.az saytına müsahibəsi
- Avroliqanın ikinci təsnifat mərhələsinə məğlubiyyətlə başladınız. Norveç “Tromse”sindən gözlədiyiniz oyunu gördünüz?
- Baş məşqçi bizə hər şeyi düzgün izah etmişdi. “Tromse” həqiqətən də gözlədiyimiz futbolu sərgilədi. Onlar Britaniya futboluna üstünlük verirlər və bunun sayəsində də uğur qazanırlar. “Tromse” çox yaxşı komandadı. Onlara hörmətlə yanaşmalıyıq. Rəqibimiz oyunun ilk 15 dəqiqəsində güclü pressinq tətbiq etməyə başladı. Amma “İnter” oyuna nəzarəti ələ keçirə bildi və bir neçə qol epizodu da yaratdı. Təkcə ilk yarıda futbolçularımız rəqib qapıçı ilə üz-üzə qalsalar da, bu şansları dəyərləndirə bilmədik. Qol vura, matçın taleyini həll edə bilərdik. Bizim bacarmadığımızı “Tromse” etdi.

- Siz onların uzaq məsafədən qol vura bilən futbolçularının olduğundan xəbərsiz idiniz?
- Rəqibin analizi zamanı bütün bunlar hamısı bizə deyilmişdik. Norveçli futbolçuları diqqət mərkəzində saxlamalıydıq. Amma təəssüf ki, bunu yaxşı bacarmadıq. Belə zərbələrdən biri dirəyə dəydi, digər ikisi qolla nəticələndi. Az qol epizodu yaradırlar, amma ələ düşən fürsətdən yaxşı yararlanırlar. Tarixdə də məhz bu qalır. Bizdə isə əksinədi. Çox qol vəziyyəti yaradırıq, az qol vururuq.

- “İnter”in bu oyundakı məğlubiyyətinin əsas səbəbini nədə görürsüz?
- Mən hələ də belə hesab edirəm ki, “İnter” “Tromse”dən güclüdü. Bunu özüm “İnter”də oynadığım üçün demirəm. Matçı izləyən hər kəs bizim necə oynadığımızı gördü. Biz yaxşı oynadıq, sadəcə nəticəni rəqib qazandı. Mənə elə gəlir ki, biz bu oyunu yaxşı analiz edib, evdə daha yaxşı oynamalıyıq. Sizi əmin edirəm ki, “İnter” hələ də bu komandanı keçə bilər. Sadəcə, ələ düşən fürsətlərdən yararlanmağı bacarmalıyıq. Çünki qol vurmasaq, qələbə də qazana bilmərik.

- İki cavabsız qolun əvəzini artıqlaması ilə çıxmağı real sayırsız?
- Doğma meydanda buna nail olmaq tamamilə realdı. Bunun üçün komandanın nəticəyə oynaması vacibdi. Bizə gözəl futbol lazım deyil. Əsas müdafiədə səhv etməmək, hücumda diqqətli oynayıb, hər fürsətdən yararlanmaqdı. Tromsedə bizim hücumlarımız çox “dişsiz” idi. Ələ düşən şansları dəyərləndirməməyimiz bizə baha başa gəldi. Evdə erkən qol vurub, oyuna nəzarəti sonadək əldə saxlamalıyıq.

- Əgər hücumda dediyiniz kimi, “dişsizlik” problemi varsa, üç qolu necə vuracaqsız?
- İki qol vurub, hər şeyə əlavə vaxtda da aydınlıq gətirmək olar. Düzdü, “Tromse”nin yaxşı heyəti var. Onlara hörmətlə yanaşırıq. Amma futbolda hər şey olur. Biz onlara ilk oyunda uduzsaq da, bir çox amillərə görə rəqibdən üstünük. Cavab matçında bunu isbatlamağımız vacibdi. Hərdən futbolda güclü qalib gələ bilmir. Bu məğlubiyyətin əvəzini çıxmaq şansımız var. Bakıda bunun üçün əlimizdən gələni etməliyik.

- Bir həftə ərzində nəyinsə dəyişməsi mümkündü?
- Biz üçüncü təsnifat mərhələsinə layiq olduğumuzu göstərməliyik. Səfər oyunu onu göstərdi ki, “Tromse” layiq olmadığı qələbəyə nail oldu. Biz bu qələbəni rəqibə özümüz hədiyyə etdik. Onların sadəcə bəxti gətirdi. İnanın ki, “Tromse” keçiləsi komandadı. Həm fiziki, həm də taktiki cəhətdən biz bu komandadan çox üstün idik.

- “Tromse”ni keçə bilməsəz, necə olacaq?
- Belə bir komandanı keçə bilməməyimiz çox böyük məyusluq yaradacaq. Amma hələ heç nə bitməyib. “İnter” cavab matçında meydan sahibinin kim olduğunu isbatlamalıdı. Fikrimcə, şans var və “İnter” bundan istifadə etməlidi.