19 iyul 2013 12:45
Portuqaliya Sportingi Bakıda futbol məktəbi açır
AFFA Portuqaliyanın “Sporting” klubu ilə yeni layihə hazırlayır. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib:
“Son zamanlar biz bir sıra tanınmış klublarla birgə layihələr həyata keçiririk. Uşaq futbolunun daha da inkişaf etməsinə çalışırıq. Bu, bizim üçün ilk növbədə sosial əhəmiyyət daşıyır. Bu yaxınlarda Hollandiyanın “Ajax”, İspaniyanın “Barcelona” klubunun rəhbərliyi ilə görüşlərim oldu. İngiltərənin “Manchester United” klubu ilə birgə layihəmiz barədə məlumatınız var. Mançesterə gedən uşaqlar arasında bir qız da var. İndi isə Portuqaliyanın “Sporting” klubu ilə birgə layihə üzərində çalışırıq. Onlarla Bakıda futbol məktəbi açmağı planlaşdırırıq”.