19 iyul 2013 12:58
Əliyar Ağayev Türkiyənin oyununu idarə edəcək
Futbol üzrə Özbəkistan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununu azərbaycanlı referi idarə edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 14-də Özbəkistanın paytaxtı Daşkənddəki “Paxtakor” stadionunda baş tutacaq matçı Əliyar Ağayev idarə edəcək. Ona Mehman Mahmudovla Vaqif Musayev yardımçı olacaq.
