20 iyul 2013 01:18
Barcelona baş məşqçisiz qaldı
İspaniyanın “Barcelona” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Tito Vilanova istefa verib.
İspaniya mətbuatının yaydığı məlumata görə, buna 45 yaşlı mütəxəssisin son müayinədən sonra xərçəng xəstəliyinin daha da kəskinləşməsi səbəb olub. Baş məşqçinin klubdan ayrılmasını "Barsa"nın prezidenti Sandro Rosell və idman direktoru Andoni Zubizarreta keçirdikləri mətbuat konfransında rəsmən açıqlayıb. Vilanova isə konfransda iştirak etməyib.
Klub prezidenti Rosell komandanın yeni baş məşqçisinin yaxın günlərdə açıqlanacağını deyib.
Qeyd edək ki, Vilanova 2012-ci ildə Pep Qvardiolanın komandadan ayrılmasındn sonra "Barcelona"ya baş məşqçi təyin olunmuşdu.
