19 iyul 2013 13:04
Azərbaycanlı futbolçunun gecə həyatı Türkiyə mətbuatının gündəmini zəbt etdi (FOTO)
Bir neçə gün əvvəl Türkiyənin "Bucaspor" klubuna transfer olun azərbaycanlı futbolçu Ramal Hüseynovun gecə həyatına meylli olması ilə bağlı qardaş ölkə mətbuatında iddialar yayılıb. Azerisport.az xəbər verir ki, bir ara Azərbaycan mətbuatında da geniş müzakirə olunan bu məsələ indi də Türkiyə mətbuatının gündəminə düşüb.
Lakin bu iddiaları cavablandıran “Bucaspor”un nümayəndəsi Sedat Çiftçi futbolçunun bu cür hərəkətlərinin artıq keçmişdə qaldığını deyib. Çiftçi artıq bu barədə Hüseynovla danışdığını da bildirib:
“Azərbaycanda çempion olduqları gecə yayılan görüntülərindən o da çox narahat olub. Ramal, mənə "əvvəllər subaydım. İndi isə evliyəm, bir uşağım var. Doğru həyat yaşayıram" söylədi və qeyd etdi ki, belə hərəkətlərə yol verməz".
