19 iyul 2013 13:26
Lens azərbaycanlı futbolçuların yolunu gözləyir
Azərbaycanın gənc futbolçuları Fransanın “Lens” klubuna baxışa yollanacaqlar. Azerisport.az xəbər verir ki, bu barədə klubun yeni prezidenti Jerve Martel məlumat verib.
O, Fransa mətbuatına açıqlamasında bildirib ki, avqust ayında Azərbaycandan bir neçə gənc futbolçu “Lens”in düşərgəsinə yollanacaqlar. Onlar burda təcrübə keçəcəklər. Məşqçilər korpusunun bəyəndiyi hansısa futbolçularımızın bu komandada möhkəmlənməsi də istisna olunmur.
Qeyd edək ki, Martel “Lens”in səhmlərinin 40 faizinə sahib olduğu halda, yerdə qalan 60 faiz “Bakı”nın prezidenti Hafiz Məmmədova məxsusdu.
