19 iyul 2013 13:39
Piastın müdafiəçisi Almeydanın möhtəşəm qolundan danışdı
Polşanın “Piast” klubunun müdafiəçisi Çaba Horvat Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyun barədə danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Hər şey bizim üçün yaxşı başlamışdı. Oyunda ilk qolu da biz vurduq. Ümid edirdik ki, ən azından fasiləyə qədər üstünlüyümüzü qoruya biləcəyik. Amma ilk yarının sonlarında dünya səviyyəli qol buraxdıq. 1:1 hesabı da bizi qane edirdi. Hətta əks-hücumlarda daha bir qol vurmaq istəyirdik. Əvəzində özümüz qol buraxdıq. Cavab matçını səbrsizliklə gözləyirik. Əminəm ki, evdə qazanacağımız qələbə bizim növbəti mərhələyə çıxmağımıza imkan verəcək”.
