19 iyul 2013 14:16
Sumqayıt Gürcüstanda özünə daha bir rəqib tapdı
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə daha 2 yoxlama görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda xəbər verdiyimiz iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.
"Sumqayıt" qonşu Gürcüstandakı 3-cü yoxlama oyununu isə "Quriya Lançxuti"yə qarşı keçirəcək.
