19 iyul 2013 14:05

Berti Foqts: Neftçi mərhələ keçəcək, amma digərlərinin işi asan olmayacaq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə ilk oyunu (0:0) barədə nə deyə bilərsiz?
- Belə duellərdə adətən hər iki oyun nəzərə alınmalıdı. İlk oyuna gəlincə, “Neftçi” ilk hissədə görüşə pis nəzarət etmirdi. Qol vəziyyətləri yaradırdı. Amma onları dəyərləndirə bilmədi. İkinci hissədə də bunun davamının gələcəyini düşünürdüm. Amma fiziki hazırlıq bunun üçün yetərli olmadı. Bakılılar bir neçə qol vurmalıydılar. Sadəcə, rəqib komanda çox yaxşı müdafiə olundu.
 
- Cavab matçından nə gözləmək olar?
- 0:0 hesabı Azərbaycan klubu üçün pis nəticə deyil. Cavab görüşündə rəqib belə fəal müdafiə olunmayacaq. Bu mənada “Neftçi”nin işi asan olacaq. Çünki bakılılar bir qol vursa, rəqibi iki qol vurmaq məcburiyyətində qalacaq. Odu ki, hər şeyin o qədər də pis olmadığını düşünürəm.
 
- “Neftçi”də “Skenderbeu”nu keçəcəklərinə şübhə etmirlər...
- Adına görə “Neftçi” favoritdi. Komanda inamlı çıxışını davam etdirməlidi. Əks halda çətin olacaq. Hər halda onların mərhələ keçəcəyinə inanıram.
 
- “Qarabağ”ın şanslarını necə qiymətləndirirsiz?
- Mən Polşa futbolunu tanıyıram. İlk oyun ərəfəsində bu komanda barədə ümumiyyətlə heç nə bilmirdim. Amma əgər onlar Polşa çempionatında uğur qazana biliblərsə, deməli, zəif komanda deyil. Eyni zamanda onu da etiraf etmək lazımdı ki, Polşanın ən yaxşı futbolçularının demək olar ki, hamısı ölkə xaricində top qovurlar.
 
- Klublarımızın cavab oyunlarına da baxmağı planlaşdırırsız?
- Çətin ki, bu, baş versin.
 
- Klublarımızın hansının növbəti mərhələyə keçəcəyini gözləyirsiz?
- Ümid edirəm ki, onların hamısı buna nail olacaq. İlk növbədə də “Neftçi”.
 
- Bəs digərlərindən?
- Onların ikinci təsnifat mərhələsindəki aqibətinin necə olacağını deyə bilmərəm. “Xəzər Lənkəran”a iki qolun əvəzini çıxmaq asan olmayacaq. İsrail “Maccabi”si (Hayfa) asan keçiləsi komanda deyil. “İnter”ə də Norveç “Tromse”si ilə asan olmayacaq. Eyni sözləri “Qarabağ”a da aid etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.