19 iyul 2013 14:25
“Qarabağa cavab matçında topla Bakıdakı kimi rahat davranmasına imkan verməməliyik”
Polşanın “Piast” klubunun yarımmüdafiəçisi Damian Zbozien Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyun barədə danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Məğlub olsaq da, cavab matçına ümidimiz böyükdü. Etiraf etmək lazımdı ki, işimiz o qədər də asan olmayacaq. Çünki rəqibimiz futbol oynamağı bacardığını göstərdi. Amma bizim itiriləsi nəyimizsə yoxdu. Cavab matçına hazırlaşmaq üçün bir həftəmiz var. Biz əlimizdən gələni etməliyik ki, “Qarabağ” topla Bakıdakı kimi rahatlıqla oynaya bilməsin. Buraxdığımız qolları kompensasiya etməliyik”.
