19 iyul 2013 14:57
Foqts Qarabağın oyununa baxdı, vətəninə yollandı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Skenderbeu” (Albaniya) matçının (0:0) ardından ötən gün də Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Piast” (Polşa) görüşünü stadiondan izlədi. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan dərhal sonra vətəninə yola düşüb.
Yığmamızın çalışdırıcısının Bakıya növbəti səfəri avqustun ortalarına təsadüf edəcək. Hansı ki, həmin vaxt yığmamız Malta ilə yoxlama oyunu keçirəcək.
