19 iyul 2013 16:44
Sumqayıt Gürcüstanda yağışa düşdü
"Sumqayıt" Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün hazırlıq mərhələsinin ikinci mərhələsini Gürcüstanda davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün yağışlı havada məşqə çıxıb.
Məşqin əvvəlində taktiki hazırlıq üzərində çalışan komanda sonda ikitərəfli oyunla məşqi başa vurub. Qeyd edək ki, Orxan Əliyev və Pərdis Fərcad-Azad fərdi şəkildə məşq edir.
Aqil Məmmədovun rəhbərlik etdiyi komanda xəbər verdiyimiz iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək. "Sumqayıt" qonşu Gürcüstandakı 3-cü yoxlama oyununu isə "Quriya Lançxuti"yə qarşı keçirəcək.
