19 iyul 2013 17:23
Qəbələ Avstriyada Türkiyənin 2 klubu ilə qarşılaşacaq
“Qəbələ” Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi sözügedən ölkədə məşqlərlə yanaşı bir neçə yoxlama oyunu da planlaşdırır.
Klubdan aldığımız məlumata görə, Yuri Syominin komandası iyulun 23-də Türkiyənin “Genclerbirligi” klubu ilə qarşılaşacaq. Ayın 27-də isə bu ölkənin digər təmsilçisi “Çaykur Rizespor”la görüş nəzərdə tutulub.
“Qəbələ” daha bir yoxlama oyunu keçirməyi planlaşdırsa da, hələlik üçüncü rəqibin adına aydınlıq gəlməyib.
