19 iyul 2013 17:36
Avroliqada üçüncü təsnifat mərhələsinin bütün cütlükləri
Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın potensial rəqibləri müəyyənləşib.
“Qarabağ” evdə 2:1 hesabı ilə yendiyi Polşanın “Piast” klubunu keçsə, növbəti mərhələdə “Anorthosis” (Cənubi Kipr) – “Gefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Cənbi Kiprdə baş tutan ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
“Xəzər Lənkəran” səfərdə 0:2 hesabı ilə uduzduğu Hayfa “Maccabi”sini (İsrail) mübarizədən kənarlaşdıra bilsə, “Ventspils” (Latviya) – “Jeunesse” cütünün qalibinə rəqib olacaq. Bu komandalar arasında Latviyadakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
“İnter” isə səfərdə 0:2 hesabı ilə yenildiyi Norveçin “Tromse” klubunu keçsə, növbəti mərhələdə “Differdange” (Lüksemburq) – “Utrecht” (Hollandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasında Lüksemburqda keçirilən ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk matçları avqustun 1-də, cavab görüşləri isə 8-də baş tutacaq.
Bütövlükdə, Avroliqanın üçüncü təsnifat mərhələsində aşağıdakı cütlüklər qarşılaşmalıdı:
Qarabağ (Azərbaycan)/Piast (Polşa) – Anorthosis (Cənubi Kipr)/Gefle (İsveç)
Ventspils (Latviya)/Jeunesse (Lüksemburq) – Maccabi (Hayfa, İsrail)/Xəzər Lənkəran (Azərbaycan)
Tromse (Norveç)/İnter (Azərbaycan) – Differdange (Lüksemburq)/Utrecht (Hollandiya)
Kukesi (Albaniya)/Sarajevo (Bosniya və Herseqovina) – Metallurg (Donetsk, Ukrayna)
Chernomorets (Ukrayna)/Dacia (Moldova) – Crvena Zvezda (Serbiya)/Vestmannaeyjar (İslandiya)
Swansea (İngiltərə) – Malmö (isveç)/Hibernian (Şotlandiya)
Sevilla (İspaniya) – Mladost (Monteneqro)/Senica (Slovakiya)
Saint-Etienne (Fransa) – Şaxtyor (Belarus)/Milsami (Moldova)
İrtış (Qazaxıstan)/Şiroki Brijeg (Bosniya və Hersoqovina) – Udinese (İtaliya)
Petrolul (Rumıniya)/Vikingur (Farer adaları) – Vitesse (Nollandiya)
Hajduk (Xorvatiya/Turnovo (Makedoniya) – Dila (Gürcüstan)/Aalborg (Danimarka)
Jablonec (Çexiya) – Stromsgodset (Norveç)/Debrecen (Macarıstan)
Skonto (Latviya)/Slovan (Çexiya) – Zürich (İsveçrə)
Dinamo (Belarus)/Lokomotiv (Xorvatiya) – Trabzonspor (Türkiyə)/Derry City (İrlandiya)
Hodd (Norveç)/Aktobe (Qazaxıstan) – Breidablik (İslandiya)/Sturm Graz (Avstriya)
Levadia (Estoniya)/Panduri (Rumıniya) – Beroe (Bolqarıstan)/Hapoel (Təl-Əviv, İsrail)
Rijeka (Xorvatiya)/Prestatyn Town (Uels) – Olimpia (Sloveniya)/Zilina (Slovakiya)
Slask (Polşa)/Rudar (Monteneqro) – Brugge (Belçika)
Randers (Danimarka) – Jagodina (Serbiya)/Rubin (Rusiya)
Asteras (Yunanıstan) – Rapid (Avstriya)
Göteborg (İsveç)/Trencin (Slovakiya) – Astra (Rumıniya)/Omonia (Cənubi Kipr)
Zalgiris (Litva)/Pünik (Ermənistan) – Honka (Finlandiya)/Lech (Polşa)
Mothervell (Şotlandiya) – Kuban (Rusiya)
Zrinski (Bosniya və Hersoqovina)/Botev (Bolqarıstan) – Stuttgart (Almaniya)
Estoril (Portuqaliya) – Hapoel (Ramat Qan, İsrail)
Vojvodina (Serbiya)/Honved (Macarıstan) – Bursaspor (Türkiyə)
Xanthi (Yunanıstan)/Linfield (Şimali İrlandiya) – Rejkyavik (İslandiya)/Standard (Belçika)
Sparta (Çexiya)/ Häcken (İsveç)- Thun (İsveçrə)/Chixura (Gürcüstan)
Valletta (Malta)/Minsk (Belarus) – Rosenborg (Norveç)/Saint Johnstone (Şotlandiya)
