19 iyul 2013 17:42
Elhad Nəzirinin Avroliqadakı növbəti rəqibi müəyyənləşdi
Elhad Nəzirinin çıxış etdiyi Rumıniyanın “Petrolul” klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Rumıniya təmsilçisi “Vikingur” (Farer adaları) səddini keçsə, Hollandiyanın “Vitesse” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Petrolul” ikinci təsnifat mərhələsində Farer adalarırın “Vikinqur” klubu ilə qarşılaşır. Dünən Rumıniyada keçirilən ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
