19 iyul 2013 17:55
Ruslan Abışovun komandası Danimarka klubuna qarşı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Rusiya təmsilçisi “Jagodina” səddini keçsə, Danimarkanın “Randers” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Rubin” ikinci təsnifat mərhələsində Serbiyanın “Jagodina” klubu ilə mübarizə aparır. Dünən Serbiyada keçirilən oyunda Ruslanın komandası 3:2 hesablı qələbə qazanıb.
