20 iyul 2013 18:07

“Digər Azərbaycan klubları ilə danışıqlar apardığım barədə xəbərlər şayiə idi”

Ötən mövsüm “Simurq”un müdafiə xəttinin dəyişilməz isimlərindən olan Dilaver Zrnanoviç müqaviləsinin müddəti başa çatdığına görə bu komanda ilə yollarını ayırmışdı. Ancaq məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağrılan bosniyalı futbolçu Zaqatala təmsilçisi ilə yeni müqavilə imzaladı.
 
Klubun rəsmi saytına müsahibə verən təcrübəli müdafiəçi “sarı-qara”ların hazırlığı və “Simurq”a qayıtmağı haqqında sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Hazırlıq necə gedir?
- Bir neçə gündü ki, düşərgəyə qoşulmuşam. Yeni heyət formalaşdırılır. Çoxlu gənc futbolçular transfer edilib. İnanıram ki, mən daxil olmaqla, Anderson, qapıçı Pavel, Ruslan, Polyak kimi bir neçə təcrübəli oyunçularla yanaşı, gənc futbulçularla yeni mövsümə var gücümüzlə hazırlaşacayıq. Yaxşı komanda formalaşdırıb və hazırlaşıb, yeni mövsümdə də iddiamızı ortaya qoyacayıq. Hazırda hər şey qaydasında gedir. Gündəlik məşqlərimizi edib, mövsümün başlamasını gözləyirik.  
 
- Düşərgəyə qoşulduğun günün səhərisi “Olimpiakos”la yoldaşlıq görüşündə start heyətdə meydana çıxdın və qol vurdun. Bu barədə nə deyə bilərsən?
- Düzü həmin görüşə tam hazır deyildim. Çünki gecə gəlmişdim və komanda ilə birlikdə yalnız səhər isinmə hərəkətlərində iştirak etmişdim. Ondan əvvəlki bütün gün hava limanında olmuşdum. Bir balaca ayaqlarımda ağırlıq hiss edirdim. Ancaq buna baxmayaraq əsas heyətdə oyuna çıxdım. Rəqibimiz isə sıradan bir komanda deyildi. Sonunçu ölkə çempionudu. Yunanıstan Bosniya ilə Dünya Çempionatının seçmə qrup mərhələsində eyni qrupda olduğundan onların futbolçuları haqqında məlumatım var idi. Yığmada oynayan əksər futbolçular “Olimpiakos”un şərəfini qoruyur. Həmiçinin digər ölkələrində yığma üzvləri bu komandada oynayır. Ancaq buna baxmayaraq onlara qarşı yaxşı oynadıq. O ki qaldı qola, elə oldu ki, bəxtim gətirdi və düzgün mövqe seçmişdim. Nəticədə, qabağıma düşən topu qapıdan keçirdim.  
 
- Necə oldu ki, “Simurq”a qayıtmağa razı oldun?
- Mövsümün bitməyinə az qalmış artıq klub rəhbərliyi ilə danışıqlara başlamışdım. Həmçinin baş məşqçi də məni komandada yenidən görmək istədiyini demişdi. Həm klubun meneceri, həm də prezindentlə bu barədə söhbətimiz olmuşdu. Bəzi detallar var idi ki, onları razılaşdırmaq lazım idi. Onları qaydasına qoyduqdan sonra yenidən “Simurq”a qayıtdım. Lakin şaiyələr çıxmışdı ki, guya “Qəbələ”ylə və ya hansısa Azərbaycan klubları ilə danışıqlar aparıram. Ancaq bütün bunlara fikir vermirdim. Prinsipcə sərbəst futbolçu idim. Kimləsə müqavilə imzalasaydım da, heç kəslə danışıqlar aparmazdım. Düzü bir neçə təkliflərim də var idi. Ancaq bunlara fikir vermədim və seçimimi “Simurq”dan yana etdim. Artıq rəsmi müqaviləyə imza atmışam. Burda özümü evimdəki kimi hiss edirəm. Həm klub rəhbərliyini, həmdə məşqçilər korpusunu yaxşı tanıyıram. Dostum olan komanda yoldaşlarım burdadı. Bu baxımdanda istəyim “Simurq”da qalmaq idi və bunu etdim. Yenidən doğma komandamdayam və hazırlıqları davam etdirirəm.  
 
- Qarşıda çətin mövsüm var. Bu haqda nə deyə bilərsən?
- Düşünürəm ki, hələ vaxtımız var. Fikrimcə bizə daha bir və ya iki təcrübəli futbolçu lazımdır. Həm hücum xəttini, həm də mərkəzi gücləndirməliyik. Əlbəttə, məşqçilər bunu məndən daha yaxşı bilir və onların işinə qatışa bilmərəm. Onlar məşqlərdə görürlər ki, kim daha yaxşı hazırlaşır və oynaya bilər. Düz qeyd edirsiz ki, çətin mövsüm olacaq. Ancaq biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik ki, biz bu cür səviyyəli komandalara qarşı oynaya bilərik. Düşünürəm ki, yaxşı hazırlıq keçdikdən və yoldaşlıq görüşlərində təcrübə topladıqdan sonra heç bir rəqiblə oynamaq bizim üçün çətin olmayacaq. Hətta ola bilər ki, “Rəvan”la oyun bizim üçün ağır olsun, nəinki, “Neftçi” və ya “Xəzər Lənkəran”la. Fikrimcə, başdan biz oyunlara mərhələ mərhələ hazırlaşmalıyıq. Əvvəlcə ilk rəqibimiz olacaq “Rəvan” haqqında düşünməliyik. Ondan sonra isə “Xəzər Lənkaran” və digər görüşlər barəsində. Ötən mövsümdə heç kəs bizdən bu cür nəticə gözləmirdi. Bir neçə tur məğlub olmadıq. Bir müddət ilk pilləni heç kəsə vermədik. Ancaq düzü sonda göstərdiyimiz nəticədən razı qalmadım. Bu gün biz Avropa yarışlarında oynamalı idik. Lakin idman şansı bizdən yana olmadı. 
 
- İstirahətini necə keçirdin?
- Mövsüm başa çatan kimi ölkəmə qayıtdım. Çünki çox darıxmışdım. Bir müddət orda qaldıqdan sonra Avstriyaya gəldim. Qız dostumla dəniz kənarına getdik. Yaxşı istirahət etdikdən sonra yenidən Bosniyaya getdim. Qardaşımın toyunda iştirak etdim. Bir neçə gündə istirahət edib, formamı itirməmək üçün məşqlərə başladım.  
 
- Azərkeşlər sənin yenidən komandaya qayıtmağına çox sevindilər. Burdan onlara nə deyərdin?
- Futbolçu həyatı elədir ki, bu gün burdasan, sabah başqa komandada. Əlbəttə, mövsümün sonunda bir çox futbolçunun klubla yollarını ayırması azərkeşlərimizi üzməyə bilməzdi. Ancaq bu “Simurq”un məşqçilərinin, prezidentinin, idarəçilərinin işidir. Onlar seçirlər kim qalacaq, kim gedəcək. Gedənlərə karyeralarında uğurlar arzulayıram. Lakin məşqçimizə inanıram. Bilirəm ki, o gedənlərin yerinə elələrin seçəcək ki, komandaya gələcəkdə xeyir verəcəklər, yenidən yaxşı nəticələr əldə edəcəyik. Azərkeşlərimizə onu deyə bilərəm ki, yeni mövsümdə məşqçimizin yeni quracağı komanda ilə onları sevindirməyə çalışacayıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.