21 iyul 2013 00:12
Xəzər Lənkəranın Fenerbahçe ilə matçına 12 min bilet satılıb
Məlum olduğu kimi, bu gün Lənkəranda “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında yoldaşlıq matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmaya bilet satışı davam edir.
Artıq oyuna bir gün qalmış əldə etdiyimiz məlumata görə, Lənkəran şəhər stadionunda keçiriləcək görüşə 12 000 bilet satılıb. Matç saatına qədər bütün biletlərin satılması və qarşılaşmada anşlaq olması gözlənilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” matçı saat 21:00-da start götürəcək.
