21 iyul 2013 16:34
Abışovsuz Rubindən Zenit üzərində əzmkar qələbə (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu doğma meydanda ilk matçına çıxıb.
Həmyerlimizin komandası “Zenit”i qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açsa da, "Rubin" bu görüşdən qalib ayrılmağı bacarıb. Bu görüşdə Abışov forma geyməyib. Futbolçumuz sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” yeni mövsümə heç-heçə ilə başlamışdı və bu qələbədən sonra hesabında 4 xalı var.
Rusiya Premyer Liqası
2-ci tur
21 iyul
Rubin – Zenit - 2:1
Qollar: Gökdeniz Karadeniz, 51, Rondon, 90+5 - Danni, 6.
