22 iyul 2013 01:33
Elhad Nəziri mövsümün ilk matçında meydana çıxdı, Petrolul qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Rumıniya çempionatında yeni mövsümə start verilib. Azerisport..az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” da mövsümün açılış matçına məhz bu gün çıxıb.
Həmyerlimizin komandası səfərdə “Universitatea Cluj”un qonağı olub. Görüş qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.
Elhad da bu görüşün iştirakçısı olub. Amma baş məşqçi Kosmin Kontra onu yalnız matçın 90+2-ci dəqiqəsində meydana buraxıb.
Rumıniya çempionatı
1-ci tur
21 iyul
Universitatea Cluj - Petrolul - 0:1
