20 iyul 2013 11:10

APOEL-lə oyunun əvəzində iki məşq

"Simurq" 2013/14-cü il mövsümünə Avstriyada hazırlaşmaqda davam edir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışının proqramına uyğun olaraq ötən gün yoldaşlıq görüşü keçirməyi planlaşdıran komandanın oyunu baş tutmadı.
 
Xəbər verdiyimiz kimi Zaqatala təmsilçisi Avstriyadakı ikinci yoxlama matçında Kiprin APOEL kollektivi ilə üz-üzə gəlməli idi. Lakin rəqib komandanın son anda bu görüşdən imtina etməsi məşqçilər korpusunun planlarını dəyişib və "Simurq" günü iki məşqlə tamamlayıb.
 
Səhər məşqində baş məşqçi Georgi Çixradze yetirmələrini çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və "kvadrat"dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb. Axşam hazırlığının əvvəlində isə fiziki təmrinlər yerinə yetirildikdən sonra məşqin əsas hissəsinə keçilib. Taktiki tapşırıqlar məşq edilib. İki qrupa bölünərək qısa və uzun ötürmələr üzərində çalışılıb. Qapıya zərbələr yerinə yetirilib. Bundan sonra isə hər hissəsi 15 dəqiqədən ibarət ikitərfli futbol oynanılıb. Məşqin sonunda isə futbolçular mövqelərinə görə bölünüb. Müdafiəçilər köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında məşq etdiyi halda, hücumçular baş məşqçi Georgi Çixradzenin nəzarətində müxtəlif ev tapşırıqları hazırlayıb, cərimə zərbələri vurub. İki saata yaxın davam edən məşq prossesi başa çatdıqdan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.
 
Komandanın məşqini düşərgəyə yeni təşrif buyuran klub prezidenti Anar Bəkirov da yaxından izləyib. "Simurq" bu gün iki məşqlə hazırlığı davam etdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.