22 iyul 2013 00:01
Qarabağın rəqibi mövsümə qələbə ilə başladı (YENİLƏNİB)
Bu gün Polşa çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Piast” da çempionatdakı ilk matçını məhz bu gün keçirib.
Qlivitsa təmsilçisi səfərdə “Cracovia” ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda qələbəni "Piast" bayram edib. Hesabı 14-cü dəqiqədə meydan sahibləri açsa da, 27-ci dəqiqədə Ruben Xurado hesaba tarazlıq gətirib. 58 və 65-ci dəqiqələrdə iki qol vuran Damian Zbozien "Piast"ın üstünlüyünü möhkəmləndirib. "Cracovia" yalnız 80-ci dəqiqədə bir qol vura bilib və görüş 2:3 hesabıyla qonaqların xeyrinə başa çatıb.
Qeyd edək ki, “Piast” iyulun 25-də öz meydanında “Qarabağ”la qarşılaşacaq. Bu komandalar arasında Bakıda keçirilmiş oyunda Ağdam klubu 2:1 hesablı qələbəyə sevinib.
Polşa çempionatı
1-ci tur
21 iyul
Cracovia - Piast - 2:3
