20 iyul 2013 12:22

Foqts: UEFA və FİFA-ya Azərbaycandan gedəndən sonra deyəcəyim xəbərləri eşitmək maraqlı olacaq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi
 
- Qarşıda yığmamızı Malta ilə yoxlama, İsrail ilə seçmə mərhələ oyunu gözləyir. Bu oyunlarla bağlı nə fikirləriniz var?
- Hazırda izlədiyimiz bəzi rəsmi oyunlar da göstərir ki, futbolçuların əksərinin fiziki durumu o qədər də yaxşı səviyyədə deyil. Bizi necə çətin oyunların gözlədiyini nəzərə alsaq, bu problem məni qayğılandırır.
 
- Lüksemburqla ev oyunundakı heç-heçədən sonra demək olar ki, artıq sizin istefanızı istəməyən qalmadı. Siz buna necə baxırsız?
- İstənilən halda Lüksemburqa qalib gəlməliydik. Bu mənada azarkeşlərin tənqidlərini yaxşı başa düşürəm və bunu qəbul edirəm. Amma mən deyərdim ki, yığma komanda həmin gün rəhbərliyim altında ən yaxşı oyunun sərgilədi. Gəlin Azərbaycan futbolunu İngiltərə, İtaliya, Almaniya futbolu ilə müqayisə etməyək. Biz hələ onlardan çox daldayıq. Lüksemburqu onlar asanlıqla yenə bilər, biz yox. Həm də bu oyunda komandanın dörd aparıcı hücumçusu yox idi. Baxmayaraq ki, hətta onların yoxluğunda elə ilk yarını 5:1 hesabıyla xeyrimizə başa vura bilərdik.
 
- Amma komanda sonda heç-heçəyə razılaşdı...
- Mənim işim futbolçuları hazırlayıb, oyuna çıxarmaqdı. Qalanını futbolçular həll etməliydilər.
 
- Türkiyə mətbuatının məlumatına görə, siz Almaniyadakı tanıdığınız mütəxəssislərdən ölkənizdə çıxış edən türk əsilli futbolçuları izləməyi xahiş etmisiz. Guya Türkiyə millisinə lazım olmayan həmin futbolçuları sonradan Azərbaycan yığmasına cəlb edəcəksiz...
- Cəfəngiyatdı. Əksinə, mən yığmada legionerlərin sayını azaltmaq üçün çalışıram. Bu, doğru deyil. Mən Azərbaycan millisində məhz yerli futbolçularla çalışmaq istəyirəm.
 
- Azərbaycanda Cihan Özkara ilə Əli Gökdəmirin yığmaya cəlb olunması heç də isti qarşılanmır. Çoxları bu iki futbolçunu millidə artıq hesab edir...
- Unutmayın ki, onlar bu komandaya birdən-birə gəlməyiblər. Buna qədər hər iki futbolçu gənclərdən ibarət yığmalarda da forma geyiblər. Biz onları gözəl gözlərinə aşiq olub seçməmişik. Oynadıqları aşağı yaş qrupları üzrə yığmalarda ən yaxşılar məhz onlar olublar. Axı mən indi kimlərinsə narazılığına görə onları komandadan uzaqlaşdıra bilmərəm. Görünür, onlardan narazı olan insanların futboldan çox yaxşı başı çıxır. Etiraf edim ki, bəzi azərbaycanlılar məni təəccübləndirirlər. Hər dəfə bura gələndə yeni nəsə öyrənirəm. Nə vaxtsa mən də burda baş verənlərdən, gördüklərimdən danışacağam. UEFA və FİFA bu xəbərləri eşidəndə çox sevinəcək.
 
- Bəlkə, kitab yazasız?
- Əminliklə deyirəm ki, belə bir fikrim yoxdu. Amma hansısa informasiyaları paylaşacağam.
 
- Maraqlı bir tendensiya var: Yığmamızın hər uğursuz oyunundan sonra sizin istefanız gündəmə gəlir və dərhal da mətbuatda sizinlə hansısa yığma komandanın maraqlandığı haqda xəbərlər dolaşır. Xüsusilə də bu, Polşa yığmasına və mətbuatına aiddi...
- Mənim hələlik AFFA ilə müqaviləm var. Mən heç kimlə danışıq aparmıram və aparmayacağam. Ola bilər ki, bunu kimlərsə qəsdən edir. Amma bundan xəbərim yoxdu. Əgər bu, doğru olsaydı, Almaniya mətbuatı da yazardı. Mən belə şey eşitməmişəm. Həm də ümumiyyətlə Polşa yığması məni maraqlandırmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.