21 iyul 2013 00:37
Böyükağa Hacıyev: Neftçi Skenderbeunu keçməsə, istənilən cəzaya hazıram
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- “Neftçi” niyə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə ilk oyunda qələbə qazana bilmədi?
- Albanlar ilk dəqiqələrdən sona kimi ancaq müdafiə olunmaq barədə düşündülər. Onların bu oyundakı yeganə hədəfi topu mümkün qədər uzağa vurmaqdan ibarət idi. Buna baxmayaraq, “Neftçi”nin yenə də qol vurmaq üçün çoxlu şansları olurdu. Xüsusilə Melvin Platye ilə Flavinyonun əldə etdiyi qol epizodlarını qeyd etmək istərdim. Amma həmin gecə rəqib komandanın qapıçısı çox yaxşı oyun sərgilədi.
- Yəni sizin səhvləriniz olmadı? Hər şeyi bəxtsizliyə bağlamalıyıq?
- Səhvlər var idi. Əgər bizim futbolçular qapıya dəqiq zərbə vursaydılar, albanların qapıçısı belə qəhrəmana çevrilməzdi. Məşqçilər korpusunun da çatışmazlıqları oldu. Bütövlükdə isə, bu heç-heçənin əsas günahkarı özümü hesab edirəm.

- Nikolas Kanalesin yoxluğunu hiss etdiniz?
- Xeyr. Siz əminsiz ki, Kanales olsaydı, ötən mövsüm sərgilədiyi oyunu göstərəcəkdi? Amma mən əminəm ki, Platye və ya Ernest Nfor bu mövsüm nəinki Kanalesin boşluğunu dolduracaq, hətta “Neftçi” üçün ondan da vacib simaya çevriləcək.

- Cavab matçından nə gözləyək?
- “Neftçi”nin qələbəsini. Fikrimcə, rəqib bizə açıq futbol təklif edəcək. Belədə bizim üçün də hücum etməyə imkan yaranacaq. Amma biz müdafiədə də diqqətli davranmağa borcluyuq. Bu, müdafiə futbolu oynayacağımız anlamına gəlməməlidi.

- Nəyinsə yaxşı alınmamasından qorxmursuz?
- Xeyr. Əlbəttə, futbolda hər şey olur. İlk oyunda qol vəziyyətlərindən yararlana bilməməyimiz bizi çətin vəziyyətdə qoydu. Bu, üzərində işləməli olduğumuz nələrinsə olmasına işarədi. Albaniyada siz əsl “Neftçi”ni görəcəksiz. Əks halda bu, böyük sensasiya olar.

- Mərhələ keçə bilməsəz, postunuzdan kənarlaşdırılmağınız istisna deyil. Bu, sizi təəccübləndirməyəcək?
- Nəticəyə görə təbii ki, mən cavab verməliyəm. Məsuliyyətdən qaçmıram. Elə bir aqibətlə üzləşsək, istənilən cəzaya hazıram.

- Albaniya çempionu ilə cavab oyununun karyeranızdakı ən vacib oyunlardan biri olacağını qeyd etmək olar?
- Bu, qələbə qazanmağı çox istədiyim oyunlardan biridi.

- ÇL-in üçüncü təsnifat mərhələsinin püşkatmasını izlədiniz?
- Xəbərim var. Amma “Neftçi” hələ “Skenderbeu”nu keçməyib. Böyük ehtimalla bu cütün qalibi “Şaxtyor”la qarşılaşacaq. Onların BATE üzərində səfərdə qazandığı qələbə artıq işin yarısının görüldüyü anlamına gəlir.

- Bəs siz hansı komanda ilə oynamaq istərdiniz?
- “Şaxtyor”la. Bu, çox maraqlı qarşıdurma olardı. Amma biz hələ üçüncü təsnifat mərhələsində oynamağa layiq olduğumuzu isbatlamalıyıq.