20 iyul 2013 12:44
Qəbələnin Avstriyada 3-cü məşq günü (FOTOREPORTAJ)
Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" təlim-məşq prosesinin üçüncü gününü iki məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, məşqlər zamanı futbolçular toplu və topsuz çalışmalarla yanaşı, məşqçilərin xüsusi taktiki tapşırıqlarını yerinə yetiriblər.
Günə ikitərəfli oyunla yekun vurulub. Yüngül zədəsi olan Rail Məlikov və Yannik Kamanan komandadan ayrı çalışıb.
