20 iyul 2013 13:07
Xəzər Lənkəran Fenerbahçe ilə oyun öncəsi bir məşqlə kifayətlənəcək
Dünən İsraildən vətənə qayıdan “Xəzər Lənkəran” sabah Türkiyənin “Fenerbahçe” klubu ilə keçiriləcək yoldaşlıq oyunun hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, cənublular yoldaşlıq oyunu öncəsi bu gün bir dəfə məşq edəcək.
Stadionun əsas meydançasında keçiriləcək hazırlıq prossesi əsasən toplu çalışmalardan ibarət olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” sabah “Fırtınalar meydanı”nda Türkiyənin “Fenerbahçe” klubu ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Saat 21:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. (12-ci oyunçu)
