20 iyul 2013 13:21
Skenderbeunun prezidenti: Bizə eyforiyaya qapılmaq olmaz!
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi komandasının üzvlərini eyforiyaya qapılmamağa səsləyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Mən bilirəm ki, bizim futbolçuların bəzisi öz missiyalarını yerinə yetirdiklərini düşünürlər. Onlar sanki cavab matçının olduğunu unudurlar. Amma bizə eyforiyaya qapılmaq olmaz! “Neftçi” çox təhlükəli komandadı. Onlar səfərdə də yaxşı oynaya bilirlər”.