21 iyul 2013 01:14
Skenderbeu - Neftçi matçına biletlər satışa çıxarıldı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə Albaniya “Skenderbeu”su arasındakı cavab matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 5-20 avro aralığında dəyişir.
Qeyd edək ki, bu matç iyulun 23-də Korçedəki “Skenderbeu” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Sözügedən arena 12 min azarkeş tutumuna malik olsa da, arenanın yarısı azarkeşlər üçün bağlı olacaq və təxminən 6-7 min tamaşaçının olması gözlənilir.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 0:0 hesabıyla başa çatmışdı.
